10 sentyabr 2021 15:19
987

“Qalatasaray”ın keçmiş prezidenti vəfat edib

“Qalatasaray”ın sabiq prezidenti Duyqun Yarsuvat vəfat edib.

“İki sahil” xəbər verir ki, futbol funksioneri 84 yaşında dünyasını dəyişib.

Duyqun Yarsuvat 2014-cü ilin oktyabrından 2015-ci ilin mayına qədər İstanbul klubuna rəhbərlik edib.