10 sentyabr 2021 13:51
970

“Fənərbaxça”dan ayrılan futbolçu İngiltərə klubunda

“Fənərbaxça”dan ayrılan Matias Yorgensenin yeni iş yeri müəyyənləşib.

“İki sahil” xəbər verir ki, 31 yaşlı danimarkalı müdafiəçi İngiltərənin “Brentford” klubuna transfer olunub.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Zanka" ləqəbli mərkəz müdafiəçisi yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Yorgensen 2019-cu ildən “Fənərbaxça”da çıxış edirdi.