10 sentyabr 2021 11:09
1003

"Legiya" Mahir Emrelini qrup oyunları üçün sifariş etdi

Polşanın “Legiya” klubu Avropa Liqasının oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, Varşava təmsilçisində oynayan millimzin üzvü Mahir Emreli də Avroliqa oyunları üçün sifariş olunub.

Qeyd edək ki, “Legiya” Avropa Liqasının C qrupunda “Napoli” (İtaliya), “Spartak” (Moskva, Rusiya) və “Lester” (İngiltərə) ilə mübarizə aparacaq.