10 sentyabr 2021 08:41
1168

Messi Pelenin rekordunu qırıb

Argentina yığmasının hücumçusu Lionel Messi braziliyalı Pelenin rekordunu qırıb.

“İki sahil” xəbər verir ki, L.Messi Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Boliviyaya 3 qol vuraraq Cənubi Amerika futbolçuları arasında ən çox qol vuranlar siyahısında birinci pilləyə yüksəlib.

Argentinalının qollarının sayı 79-a çatıb. Pele 77 qolla sözügedən siyahıda ikinci yerə düşüb.

Qeyd edək ki, Pelenin 91 oyunda təyin etdiyi rekordunu qırmaq üçün Messiyə 153 oyun lazım olub.