09 sentyabr 2021 19:33
1316

MDB Oyunları: Azərbaycan cüdoda ikinci qızıl medalı qazanıb

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın qadın cüdoçusu Səbinə Əliyeva final görüşünə çıxıb.

“İki sahil” xəbər verir ki,  52 kq çəki dərəcəsində yer alan Əliyeva həlledici qarşılaşmada belaruslu Anna Burakovaya rəqib olub. Görüş onun ipponla qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan cüdo millisi yarışı 2 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.