09 sentyabr 2021 17:36
1324

Fati nə vaxt qayıdır?

"Barselona"nın futbolçusu Ansu Fati komandanın növbəti 5 matçını buraxacaq.

"İki sahil" AS-a istinadən xəbər verir ki, zədəsini yeni sağaldan 18 yaşlı hücumçu hələ yaşıl meydanlara qayıtmağa hazır deyil. Fatinin oktyabr ayındakı ikinci beynəlxalq fasilədən sonra oyunlara çıxacağı bildirilib.

Buna görə də  o, La Liqada "Kadis", "Qranada", "Levante", "Atletiko" və Çempionlar Liqasınıda "Bavariya" ilə oyunlarda meydanda olmayacaq.

Qeyd edək ki, Fati 2019-cu ildən Kataloniya klubunda oynayır.