Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında cüdoçularımız ilk medallarını qazanıblar.
“İki sahil” xəbər verir ki, tatami ustalarımız Elçin Hüseynov (66 kq) və Murad Fətiyev (81 kq) Oyunlarda bürünc medala sahib olublar.
Qeyd edək ki, oğlanların yarışında 9, qızların turnirində isə 7 cüdoçumuz çıxış edir.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.