09 sentyabr 2021 13:31
624

29 yaşlı futbolçu özünü İstanbula vaxtında çatdıra bilmədi

İngiltərənin “Lester” klubunun futbolçusu Nampali Mendinin “Qalatasaray”a keçidi baş tutmayıb.

“İki sahil” xəbər verir ki,  İstanbul təmsilçisinin oyunçunu icarəyə götürmək istəyi son anda reallaşmayıb.

29 yaşlı fransalı özünü İstanbula vaxtında çatdıra bilməyib. Transfer pəncərəsinin son saatlarında Türkiyədə olması gözlənilən Mendinin gecikməsi keçidə əngəl olub.

Qeyd edək ki, Mendi 2016-cı ilin yayından “Lester”də oynayır. O, cari mövsümün startında meydana çıxmayıb.