24 avqust 2021 20:35
1051

"Qalatasaray" yeni futbolçu transfer etdi

Türkiyənin "Qalatasaray" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Rumıniya "Styaua"sının yarımmüdafiəçisi Olimpiu Morutsanı transfer edib.

Bildirilib ki, 22 yaşlı oyunçu ilə tezliklə müqavilə imzalanacaq.

Qeyd edək ki, Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət millisinin formasını geyinən Morutsan daha əvvəl ölkəsində "Universitatya" və "Botoşani" klublarında da çıxış edib.