1 mart - Ümumdünya Mülkü Müdafiə günü 1972-ci ildə Beynəlxalq Mülkü Müdafə Təşkilatının yaranması şərəfinə qeyd edilən xüsusi gündür. Beynəlxalq Mülkü Müdafiə Təşkilatının qərarı ilə elan olan bu gündə hər il təşkilata üzv olan bütün ölkələrdə müəyyən mövzu üzrə kütləvi humanitar tədbirlər planlaşdırılaraq keçirilir.
Azərbaycan Respublikası 1993-cü ildən bu nüfuzlu təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Hazirda Beynəlxalq Mülkü Müdafə Təşkilatına dünyanın 100-dən artıq ölkəsi daxildir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının əsas məqsədi dinc əhalinin mühafizə sahəsindəki təcrübəsini ümumiləşdirib yaymaq, mülkü müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakət və böyük qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir.
Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülkü müdafiə orqanları qarşısında əsas vəzifə kimi durur.
Təbii ki, dünyada təbii və texnogen qəzaların artma ehtimalının mövcudluğu əhalinin mülkü müdafiəyə hazırlanmasında təlim-məşqlərin, bu cür kütləvi tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Belə tədbirlər zamanı əhalinin mühafizəsinə, onların hazırlıq vəziyyətinə, təhlükəsiz cəmiyyətin qurulmasına bir növ nümunəvi bir baxışdır. Belə tədbirlərdə ekstremal hallarda necə hərəkət etmək yolları və üsulları işçilərə əyani sürətdə göstərilir, mülkü müdafiə rəhbərləri idarə etmə vərdişlərini artırır və müəyyən olunmuş çatışmazlıqlar aradan qaldırılır.
Fövqəladə hallarda davranış qaydalarına düzgün əməl edilməsi, işçilərin təhlükəsizliyinin təmin olunması və onlara ilkin yardımın göstərilməsinin böyük əhəmiyyəti vardir. Mülkü müdafiəyə hazırılığının düzgün təşkili, işçilərin mülki müdafiə biliklərinə və vərdişlərinə yiyələnmələri vaxtaşırı keçirilən təlimlər, məşqlər kollektiv, fərdi və tibbi mühafizə vasitələrinin daim hazır vəziyyətdə olması öz müsbət təsirini göstərir.
Mülkü müdafiə sisteminin əhəmiyyəti, onun təhlükəsizlik xidmətləri kompleksində rolu və yeri, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə əhali məlumatlandırılır, praktik vərdişlərin təkmilləşdirilməsi istiqamətində konkret addımlar atılır.
Ümumdünya Mülkü Müdafiə Günü münasibəti ilə respublikamızda müxtəlif tədbirlər və konfranslar planlaşdırılıb keçirilir.
Bu tədbirlərdə əsas müzakirə mövzusunu mülkü müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, irimiqyaslı fövqəladə hallar zamanı əhaliyə ilkin tibbi yardımın göstərilməsi, həyat təminatının təşkili, beynəlxalq humanitar yardımların idarə olunması və digər məsələlər təşkil etmişdir.
Azərbaycan ilə Beynəlxalq Mülkü Müdafiə Təşkilatı arasında əlaqələrin qurulmasından 27 il ötür və bu dövrdə tərəflər arasında sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. Azərbaycan fövqəladə hadisələr riskinin yüksək olduğu zonada yerləşdiyindən burda təbii risklərlə yanaşı, potensial təhlükə yaradan obyektlər də mövcuddur. Bu baxımdan Azərbaycan Respublikası Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlığa böyük əhəmiyyət verir.
Ümumdünya Mülki Müdafiə günü hər il konkret bir problemə təsir edir. Bu il Ümumdünya Mülki Müdafiə gününün Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən “Mülki müdafiə və hər bir evdə (iş yerində) ilkin yardım edən” mövzusunda keçirilməsi tövsiyə olunub.
Bu mövzu bütün sahələr üçün aktualdır. Baki şəhərinin yerləşdiyi Abşeron yarımadası kimya, neft və qaz sənayesi potensiallı obyektlərlə zənginliyinə görə xüsusi əhəmiyyət kəsb edir. Bakı səhəri ərazisində strateji əhəmiyyətə malik neft-qaz-enerji və digər təsərrüfat obyektləri fəaliyyət göstərir. Belə halda insanların təhlükəsizliyinin təminatı və fövqəladə halların idarə olunması mülki müdafiə qurumlarının qarşısında duran vacib məsələdir.
SOCAR-ın sturukturuna daxil olan digər müəssisələr kimi, Qaz İxrac İdarəsinin Abşeron MQKS-də mülki müdafiə işləri yüksək səviyyədə təşkil olunub həyata keçirilir ki, bu da fövqəladə hadisələr zamanı işçilərin təhlükəsizliyinin təmin edilməsində və onlara ilkin yardımın göstərilməsi üzrə hazırlıq səviyyəsinin artırılmasına xidmət göstərir.
Adil Hüseynov,
Qaz İxrac İdarəsinin Abşeron MQKS-nin mülki
müdafiə üzrə mühəndisi
BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
BDU-da Özbəkistanın Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndə heyəti ilə görüş